Şotlandiyada çempionat ləğv edildi

11:19 19 May 2020

Koronavirus pandemiyası üzündən təxirə salınan Şotlandiya liqasında mövsüm ləğv edilib.

 

Sportarena.az xəbər verir ki, federasiya turnir cədvəlində birinci yerdə olan “Seltik”i çempion elan edib.Bir oyunu əskik ən yaxın izləyicisi “Reyncers”dən 13 xal irəlidə olan  “ağ-yaşıllar” ardıcıl 9-cu çempionluğu bayram ediblər. Komanda geridə qalan 30 görüşdə 26 qələbə qazanıb. Turnir cədvəlində sonuncu sırada qərarlaşan “Hart” komandası isə çempionatı tərk edib.

 

Qeyd edək ki, daha öncə Hollandiya, Belçika və Fransa liqalarında da mövsüm ləğv edilmişdi.


Xəbər xətti