“Qarabağ” 1,2 milyon avro maaş alan futbolçusu üçün nə qədər pul ödəyib?

Sportarena.az      19 May 2020 , 11:57

“Qarabağ”ın keçən yay transferi olan ispaniyalı legioner Xayme Romeronun transfer qiyməti müəyyənləşib. 

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, İspaniyanın Cordopolis.es saytı Sequndada çıxış edən “Kordoba” klubunun transfer siyasətinə aid yazı dərc edib.Həmin yazıda “Kordoba”nın 2015-ci ildən bəri yalnız iki oyunçunun transferindən qazanc götürdüyü və onlardan birinin hazırda “Qarabağ”da çıxış edən Xayme olduğu bildirilib. Ağdamlılar ötən yay bu keçidin reallaşması üçün İspaniyanın aşağı liqa klubuna 500 min avro ödəyib.

 

Qeyd edək ki, Xayme Romeronun “Qarabağ”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. Mətbuatda gedən xəbərlərə görə, Ağdam klubu ispan futbolçusuna üç il ərzində ümumilikdə 1,2 milyon avro pul verəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin