UEFA İcraiyyə Komitəsi iclasının təxirə salınma səbəbi məlum oldu

01:31 20 May 2020

UEFA mayın 27-də keçirməli olduğu İcraiyyə Komitəsinin iclasını İngiltərənin paytaxtı Londonun Avropa çempionatı üçün hələ təşkilati təminat verməməsi səbəbindən təxirə salıb.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, ləngimə yerli hakimiyyətin zəmanəti təsdiqləməməsi ilə əlaqədardır. Londonun AVRO-2020-dən imtina etməyəcəyi də vurğulanıb.

 

İcraiyyə Komitəsinin iclası iyunun 17-nə təxirə salınıb. UEFA koronavirus pandemiyası səbəbindən bəzi arenalarla bağlı məsələlərin ortaya çıxmasını səbəb göstərib. Təşkilatçı şəhərlər müəyyən vaxtadək çempionat oyunlarını qəbul etmək niyyətlərini təsdiqləməlidirlər.   

 

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib. 


Digər xəbərlər

Xəbər xətti