Bakı eyvanlarında Olimpiya Günü qeyd olundu - FOTOLAR

Sportarena.az      24 May 2020 , 00:02

Milli Olimpiya Komitəsi (MOK) və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin olimpiya mükafatçısı Rəsul Çunayev və Azərbaycan Çerlidinq Federasiyasının yığma komandasıının üzvlərinin iştirakı ilə Olimpiya Günü qeyd olunub.

 

Sportarena.az xəbər verir ki, tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında Olimpiya hərəkatını təbliğ və təşviq etmək olub. Ölkə başçısı, həmçinin MOK Prezidenti İlham Əliyevin koronavirusla mübarizədə “Biz birlikdə güclüyük” devizinə dəstək olaraq reallaşdırılan kompozisiya dünyada və Azərbaycanda bir ilkdir.

 

31 may tarixinədək mərhələli şəkildə yüngülləşdirilən karantin rejiminin bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi bir həyətdə baş tutub.

 

Eyvanlara çıxan bina sakinləri Azərbaycan Çerlidinq Federasiyasının milli komandasının üzvlərinin təqdim etdiyi hərəkətləri təkrarlayıb. Daha yaxşı təkrar edən və fəallığı ilə seçilən bina sakinləri MOK-un hədiyyələri ilə mükafatlandırılib. 

 

Yunan-Roma güləşçisi və müvafiq idman növündə Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionatlarının qızıl mükafatçısı, I Avropa Oyunlarının çempionu, “Şöhrət” ordenli Rəsul Çunayevin çıxışı və rəqsi tədbirdə əsl çoşğuya səbəb olub. Sakinlər əhəmiyyətli tarixi birgə qeyd etmək üçün eyvanlardan öz dəstəklərini əsirgəməyiblər.(oxu.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin