FİFA-dan azərbaycanlı hakimlər üçün kurs təklifi

00:50 24 May 2020

FİFA koronavirusla bağlı məhdudiyyətlərə görə 211 milli assosiasiyaya onlayn hakimlik kursları təklif edib.

 

Sportarena.az xəbər verir ki, kurslar FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina və Hakimlər Departamentinin rəhbəri Massimo Buzakkanın iştirakı ilə keçiriləcək.Hər sessiyada 10 – 30 nəfərin qatılacağı kurslara videotəqdimatlar, onlayn sorğular və sual-cavablar daxildir. Kursların mövzuları oyun qaydaları, videotəkrar (VAR) sistemi əllə oyun, cərimə meydançasındakı hadisələr, taktiki qayda pozuntuları və oyundankənar vəziyyətlər olacaq.

 

Qeyd edək ki, bir çox ölkədə futbol mövsümü koronavirus pandemiyası səbəbindən dayandırılıb.


Xəbər xətti