Millimiz karantin qaydalarını belə pozdu - VİDEO

00:58 24 May 2020

Azərbaycan taekvondo milli komandası karantin qaydalarını pozub.

 

Sportarena.az xəbər verir ki, idmançılarımız komanda şəklində məşqlərə start veriblər. Yığmamız qaydalara zidd olaraq, Abşeron rayonundakı idman zallarının birində çalışmalara başlayıb.İdmançılarımızdan bəziləri məşqlərdən hətta video paylaşsalar da, sonradan onları siliblər. Ayxan Tağızadənin isə məşqdən çəkilən videosu hələ də qalır. O, videonu "training, 2020" (Məşq, 2020) başlığı ilə paylaşıb.

 

Qeyd edək ki, Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən idman zallarının fəaliyyətinə hələ ki, icazə verilmir. (Qafqazinfo)

 

 


Digər xəbərlər

Xəbər xətti