Fransada yeni mövsümün başlama tarixi bəlli oldu

01:21 24 May 2020

Fransa çempionatında yeni mövsümün nə vaxt başlayacağı məlum olub.

 

Sportarena.az xəbər verir ki, Liqa 1-in 22 avqustda başlaması planlaşdırılır. Liqa 2-də isə mövsümün ilk matçı sözügedən tarixdən bir gün sonra oynanılacaq.

 

Fransa Peşəkar Futbol Liqası (LFP) təqvimi təsdiqləmək üçün UEFA İcraiyyə Komitəsinin iyunun 17-də keçiriləcək və Çempionlar Liqasının oyunlarının tarixlərinin müəyyənləşəcəyi iclasın nəticəsini gözləyir.

 

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Fransada 2019-20 mövsümü erkən başa çatıb.


Xəbər xətti