Millimizin üzvünün komandası qəzaya düşdü - FOTOLAR

Sportarena.az      24 May 2018, 02:01

Almaniyanın “Ersgebirge” komandası yol-nəqliyyat qəzası ilə üzləşib. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi sözügedən komandanı 2-ci Bundesliqanın 27-ci turunun "Nürnberq"lə səfər oyununa aparan avtobus yolda BMW markalı minik avtomobili ilə toqquşub.Aue təmsilçisinin futbolçu və məşqçi heyətindən heç kim xəsarət almayıb. Komanda üzvləri Nürnberqə qalan yolu başqa mikroavtobusla davam etdirib.

 

Qeyd edək ki, “Nürnberq” - “Ersgebirge” oyunu 1:1 hesabıyla başa çatıb və komandasının yeganə qolunu 66 dəqiqə meydanda olan Nazarov vurub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin