Marko Lozo: “Sabah” “Qarabağ” və “Neftçi” qədər tanınmır”

Sportarena.az      24 May 2018, 02:20

“Sabah”ın baş məşqçisi Jelko Sopiçin köməkçisi Marko Lozo "Slobodna Dalmacija” nəşrinə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Azərbaycandakı karantin rejimindan danışıb:

 

“Azərbaycanda koronavirusa yoluxma halının çox olduğunu düşünmürəm. Bəlkə də, gündə 130 nəfər yoluxur, amma futbola nə vaxt başlayacağımızı bilmirik. Azərbaycan güclü futbol ölkəsidir, klublar Çempionlar Liqası və Avropa Liqasında iştirak edir. Koronavirusla bağlı qaydaları bir az yumşaldıblar, amma iyunun 1-dən kollektiv məşqlərə başlaya bilməyəcəyik və məktəblər də açılmayacaq. Hava limanı da bağlıdır".

 

Lozo "Sabah"la bağlı bunları deyib: “Sabah” ölkədə “Qarabağ” və “Neftçi” qədər tanınmır. Sopiçin bura gəlmə fürsəti oldu və məni də özü ilə apardı. Noyabr ayında 6 oyunda yaxşı çıxış etdik, amma 2 ay sonra hər şey dayandı. Böyük hədəflər var. Mario Marinanı "Qoritsa"dan gətirdik. "Sabah" liqanın üst sıralarında özünə yer etmək istəyir. Məşqçi kimi irəli getmək istəyirəm. Sopiçə məni özü ilə apardığı üçün minnətdaram”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin