FİFA-dan “Səbail”in futbolçusunun xeyrinə qərar - 280 min dollar...

Sportarena.az      24 May 2020 , 10:04

FİFA “Səbail”in futbolçusu Lema Mabidinin şikayətini təmin edib.

 

Sportarena.az xəbər verir ki, konqolu yarımmüdafiəçi 4 il çıxış etdiyi sabiq klubu “Raca Kasablanka”nın (Mərakeş) ona olan borcu ilə bağlı dünyanın ali futbol qurumuna müraciət ünvanlayıb. Mərakeşlilər ona yeni müqavilə təklif etsələr də, o, ötən yay klubu tərk edib.

 

“Mənimlə müqaviləni daha 2 mövsüm uzatmaq istəyirdilər. Bildirdim ki, borcumu ödəməsələr, danışıqlar olmayacaq. Amma onlar pulumu vermədilər” – deyə “Səbail”li oyunçu bildirib.

 

FİFA-nın qərarına əsasən, “Raca Kasablanka” futbolçuya 280 min dollar ödəməlidir. Xatırladaq ki, “Səbail” Mabidini bu ilin fevralında transfer edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin