“Dostlarım koronavirusa yoluxub” - “Sumqayıt”ın qapıçısı

Sportarena.az      24 May 2020 , 11:11

“Dostlarımın və qohumlarımın çoxu koronavirusa yoluxub”.

 

Sportarena.az xəbər verir ki, bunu Report-a açıqlamasında “Sumqayıt” futbol klubunun qapıçısı Mehdi Cənnətov Dağıstandakı durumla bağlı danışarkən deyib.29 yaşlı qolkiper xəstəxanalarda insanların çox olduğunu söyləyib:

 

“Mənim ailə üzvlərimdən virusa yoluxan olmayıb. Ümid edirəm ki, bu kabus tezliklə bitəcək”.

 

Qeyd edək ki, Mehdi Cənnətov 2017-ci ildən “Sumqayıt”da çıxış edir. Dağıstan əsilli qapıçı 2019-cu ilin sonlarında Azərbaycan millisinin heyətinə dəvət alıb, lakin əsas komandada debüt etməyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin