Dünyanın ən çox gəlir əldə edən qadın idmançısı açıqlandı

16:00 24 May 2020

Yaponiyalı tennisçi Naomi Osaka ötən il 37,4 milyon dollar pul qazanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb. Bununla da o, ən çox qazanan qadın idmançı titulunu əldə edib. 4 il ardıcıl olaraq bu postu tutan amerikalı tennisçi Serena Uilyams 1,4 milyon dollar fərqlə Naomidən geri qalıb.

 

Qeyd edək ki, Osaka US Open-2018 finalında Serena Uilyamsı məğlub edərək bütün diqqəti üzərinə cəmləmişdi.


Digər xəbərlər

Xəbər xətti