Asmir Beqoviç yenidən "Qarabağ"da?

17:19 24 May 2020

"Bornmut"un qapıçısı Asmir Beqoviçin karyerasını Azərbaycanda davam etdirmək ehtimalı bir qədər də artıb.

 

Sportarena.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi "Qarabağ"a qayıtmaq üzrədi.Hazırda icarə əsasında "Milan"da çıxış edən 33 yaşlı dəri əlcək sahibinin İtaliya klubunda qalmayacağı dəqiqləşib. "Rossonyerlər" onunla mövsümün sonunda vidalaşmaq qərarına gəlib. Premyer Liqanın aşağı pillələrində qərarlaşan bir neçə klub onu ikinci qapıçı kimi heyətə qatmaq niyyətindədi. Beqoviç həmçinin Çempionşip təmsilçilərinin də diqqət mərkəzindədi.

 

Lakin qapıçı özü milli komandaya qayıtdığı bir dönəmdə heyətdəki yerini möhkəmlətmək üçün yüksək liqa klubunda müntəzəm iştirak etmək arzusundadı. Bu baxımdan "Qarabağ" onun üçün ən ideal variant görünür. Üstəlik, Ağdam klubunun avrokuboklardakı iştirakı da Beqoviçin qərarına təsir edə bilər.

 

Qeyd edək ki, Asmir Beqoviçin "Bornmut"la müqavilə müddəti gələn ilin yayına qədərdi. Qolkiper cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.(Apasport.az)


Digər xəbərlər

Xəbər xətti