"Qəbələ" ikiqat maaş təklif etdi və mən pulu seçdim" - AÇIQLAMA

Sportarena.az      25 May 2020 , 13:13

“Qəbələ”nin sabiq futbolçusu Deyv Bulthuis “voetbalprimeur.nl” saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o deyib ki, 2017-ci ildə "Qəbələ"yə pula görə keçib: “Nürnberq”dən “Sürix” transfer ola bilərdim. Ancaq həmin il “Qəbələ” anidən mənə ikiqat maaş təklif etdi.O zaman seçim qarşısında qaldım: pul, yoxsa futbol? Mən birincini seçdim”

 

29 yaşlı müdafiəçinin sözlərinə görə, "Qəbələ"də həmin vaxt legionerlər çox olub: "Qəbələ"də 4 matça çıxdım. Orada 11 legioner futbolçu var idi.  Bu səbəbdən o, Azərbaycanda çox qalmaq istəmədim".

 

Hazırda Cənubi Koreyanın “Ulsan Hunday” klubunda  çıxış edən Bulthuis oradakı həyatından məmnun olduğunu vurğulayıb.

 

Qeyd edək ki, D.Bulthuis 2017-ci ilin yayında "Qəbələ"yə transfer olunmuşdu və 2018-ci ilin qışında klubdan ayrılmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin