İtaliya A Seriyasının bərpası üçün iki tarix

Sportarena.az      25 May 2020 , 18:04

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpa vaxtı qeyri-müəyyən olaraq qalır.

 

Sportarena.az xəbər verir ki, İtaliyanın gənclər və idman naziri Vinçentso Spadafora yerli mətbuata açıqlamasında, A Seriyasının iyunun 13-də və ya 20-də başlayacağını bildirib:

 

“A Seriyasının bərpa tarixi üçün iyunun 13-ü və 20-si tarixləri üzərində fikirləşirik. Mövsümün bərpası üçün protokol hazırdır. Məşqlər üçün də razılıq vermişik. Cümə axşamı iclas olacaq və çempionatı nə zaman davam etdirəcəyimizlə bağlı qərar verəcəyik”.
 

Qeyd edək ki, İtaliyada klublara mayın 18-dən məşqə icazə verilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin