“Liverpul” gənc ulduz üçün 70 milyon avro ödəyəcək

18:49 25 May 2020

“Liverpul”un baş məşqçisi Yurgen Kloppun transfer siyahısına “Vulverhempton”un ulduzu Adama Traore başçılıq edir.

 

Sportarena.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.“Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayında bitəcək 24 yaşlı futbolçu üçün “Liverpul” 70 milyon avro təklif edəcək.

 

Xatırladaq ki, bu mövsüm 43 qarşılaşmada altı qol və doqquz məhsuldar ötürmə edən futbolçu 2018-2019-cu illər mövsümünün əvvəlində 20 milyon avroya transfer olunub.


Digər xəbərlər

Xəbər xətti