Erməni məşqçi azərbaycanlı futbolçunu təriflədi

Sportarena.az      28 May 2020 , 01:02

“Anji” klubunun sabiq baş məşqçisi Aleksandr Qriqoryan “Spartak”da çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev barəsində danışıb.

 

Sportarena.az xəbər verir ki, vaxtilə Moskvanın “Spartak-2” komandasında da çalışmış erməni mütəxəssis futbolçunu tərifləyib:

 

“Ayaz tam unikal oyunçudur. O, cinah və hücumameyilli yarımmüdafiəçi kimi çıxış edə bilir. Çox sürətlidir və iki ayaqla qapıya zərbə vura bilir. Potensialına şübhə etməməliyik. Rusiya çempionatında ona bərabər olan yerli oyunçu yoxdur. Bu futbolçuya xüsusi yanaşma lazımdır”.

 

Qeyd edək ki, Ayaz intizamsız hərəkətlərinə görə əvəzedici heyətə göndərilib. O, cari mövsüm “Spartak”ın heyətində 11 oyun keçirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin