“Qarabağ” bosniya və herseqovinalı futbolçu alır

01:59 28 May 2020

Bosniya və Herseqovinanın “Sarayevo” klubunun yarımmüdafiəçisi Amar Rəhmanoviç karyerasını “Qarabağ”da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı oyunçu İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə Ağdam klubu ilə müqavilə imzalamağa hazırlaşır.Bosniya və Herseqovinada mövsüm oktyabr ayına qədər təxirə salındığı üçün Rəhmanoviç paytaxt klubundan ayrılmaq fikrindədir.
 

Bosniyalı mərkəz yarımmüdafiəçisi bu mövsüm 12 oyunda 3 qol vurub, 4 assist edib. Onun “Sarayevo” ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da bitəcək. Amar daha öncə “İstra”, “Koper”, “Maribor” və “Çelye” kimi klublarda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti