“Real Madrid” onunla maraqlanır

Sportarena.az      29 May 2020 , 09:00

İngiltərənin “Lester Siti” futbol klubunun yarımmüdafiəçisi Uilfred Ndidi karyerasını İspaniyanın “Real Madrid”ində davam edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” xəbər verib.O, “Renn”dən Eduardu Kamavinqanı almaq istəyən madridlilər üçün ehtiyat variantdır. Onlar Kamavinqa üçün 75 milyon avro ödəmək istəmirlər.Ehtimal olunur ki, 23 yaşlı Ndidi Kazemiranı əvəzləyəcək.

 

Qeyd edək ki, U.Ndidi 2019/20 mövsümündə “Lester Siti”də 29 matç keçirib. Onun hesabında 2 qol və 1 nəticəli ötürmə var. “Transfermarkt” oyunçunun 36 milyon avro dəyərində qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin