Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi

Sportarena.az      29 May 2020 , 10:23

Futbol üzrə Macarıstan çempionatında azarkeşlər oyunları stadiondan izləyə biləcəklər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.Xəbərdə bildirilir ki, fanatlar müəyyən olunmuş qaydalara əməl etmək şərtilə tribunalara buraxılacaqlar. Belə ki, hər oturacağın arasında üç boş yer saxlanılmalı, həmçinin azarkeşlərin arxasında və önündə heç kəs oturmamalıdı. Fanatların matçlar zamanı tribunlarda əyləşməsinə klublar ciddi nəzarət etməlidi. Əks halda onlar cərimə olunacaqlar.

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Macarıstan çempionatında 2019/20 mövsümü mayın 23-dən bərpa olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin