Premyer Liqa “Mançester Siti” – “Arsenal” matçı ilə başlayacaq

Sportarena.az      29 May 2020 , 11:13

Premyer Liqanın bərpa olunma tarixi ilə bağlı qərar qəbul edilib.

 

Sportarena.az xəbər verir ki, mövsüm iyunun 17-də başlayacaq.Məlumata görə, klublardan təhlükəsizlik tədbirlərinə riayət olunması tələb edilib. Çempionat 28-ci turdan təxirə salınan “Mançester Siti” – “Arsenal” və “Aston Villa” – “Şeffild Yunayted” görüşləri ilə start götürəcək. 30-cu tur iyunun 19-da başlayacaq. Oyunların həftəsonu və azarkeşsiz keçiriləcəyi bildirilir.

 

Premyer Liqa rəhbərliyindən verilən açıqlamada fanatların oyunları TV-dən izləməsi və mövsüm bərpa olduqdan sonra mərhələli şəkildə hər şeyin normala dönməsinə çalışılacağı qeyd edilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin