Avstriya klubu məşqə vaxtından əvvəl başladığı üçün cəzalandırılıb

Sportarena.az      29 May 2020 , 15:00

Avstriya Bundesliqasının lideri LASK cəzalandırılıb.



Sportarena.az xəbər verir ki, bu barədə Avstriya Futbol Federasiyası məlumat yayıb. Komanda çempionatın bərpası ilə bağlı tərtib edilən tibbi protokola əməl etməyib. Linz təmsilçisi yalnız kiçik qruplar şəklində məşqə icazə verildiyi halda, tam kollektiv hazırlığa başlayıb.


Buna görə yerli federasiya klubun 6 xalını silib və 75 min avro cərimələyib. Federasiya həm qoyulan qaydaya məhəl qoymadığı, həm də məşqə erkən başlayaraq, rəqibləri ilə haqsız rəqabət apardığı üçün kluba bu cəzanı kəsib.
 

Xalının silinməsindən sonra LASK 2-ci pilləyə düşüb. “Zalsburq” isə zirvəyə yüksəlib.  Sona 10 tur qalmış “Zalsburq”un 24, LASK-ın isə 21 xalı var.
 

Qeyd edək ki, Avstriya Bundesliqasının iyunun 2-də bərpa olunacağı açıqlanıb.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin