Avropa Güləş Federasiyasının prezidenti vəfat etdi

10:31 1 İyun 2020

Avropa Güləş Federasiyasının (UWW-EU) prezidenti Tseno Tsenov vəfat edib.

 

Sportarena.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. 

 

Qeyd edək ki, T.Tsenov Bolqarıstan Güləş Federasiyasında baş katib, vitse-prezident və prezident vəzifələrində çalışmaqla yanaşı, 1978-ci ildən köhnə adı Avropa Güləş Şurası olan qurumun İcraiyyə Komitəsinin üzvü olub. 1996-cı ildən isə bu quruma başçılıq edirdi. Təcrübəli güləş mütəxəssisi 7 dəfə bu qurumun prezident seçkilərində qalib gəlmişdi. T.Tsenov həmçinin 2002-ci ildən Dünya Güləş Birliyinin (UWW) Büro üzvü idi.


Digər xəbərlər

Xəbər xətti