Donald Gerye “Neftçi”dən getdi

10:42 1 İyun 2020

Donald Gerya "Neftçi"dən ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Haiti millisinin futbolçusu instaqram hesabında yazıb."Yeni səhifə vaxtıdır. Təşəkkür edirəm, "Neftçi". Xoş idi", - deyə 31 yaşlı yarımmüdafiəçi bildirib.

 

Qeyd edək ki, Donald Gerye "ağ-qaralar"la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı. Daha əvvəl “Qarabağ” (2017 - 2019), Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb.


Digər xəbərlər

Xəbər xətti