“Müəyyən riskləri nəzərə almalıyıq” - Elxan Məmmədov

10:50 1 İyun 2020

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Match TV"yə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 40 yaşlı funksioner Bakının 2021-ci ilə təxirə salınan Avropa çempionatına hazırlığından danışıb:

 

"Hazırlıq plan üzrə gedirdi və bu, üç mərhələdən ibarət idi. Birinci planlaşdırma mərhələsidir və bu martdan əvvəl baş verənlərdir. İkinci mərhələ həyata keçirilməsi, üçüncü isə AÇ-2020-nin başlanğıcıdır. İkinci mərhələyə daxil olanda UEFA turniri təxirə saldı. Güclü tərəfimizlərimizdən biri budur ki, stadionumuz hazırdır. 2021-ci ilin iyunu üçün Bakı Olimpiya Stadionunda böyük tədbirlər planlaşdırılmayıb. Ot örtüyünü qorumaq üçün bütün işləri görməyə hazırıq".

 

Qurum rəsmisi Azərbaycan Premyer Liqasının davam etdirilməsinə də münasibət bildirib:

 

"Futbolçuların koronavirus testindən keçmələrinə dair təşəbbüs AFFA-dan gəldi. Bütün klublar razılaşdı. Bu, hazırlıq mərhələsidir. Çempionatın bərpa olunmasına gəlincə, başlanğıc üçün klubların məşqlərə start verməsi lazımdır. Ancaq müəyyən risklərin olduğunu başa düşməliyik. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini yerinə yetiririk". 

 

2021-ci ilin yayına təxirə salınan Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti