“Futbol əvvəlki kimi olmayacaq” - Lionel Messi

11:47 1 İyun 2020

Argentina millisinin və “Barselona”nın superulduzu Lionel Messi koronavirus pandemiyasının futbola təsirindən danışıb.

 

Sportarena.az xəbər verir ki, “El Pais” nəşrinə müsahibəsində o deyib:

 

“İndi çoxumuz bu hadisələrdən sonra dünyanın necə olacağını bilmirik. Hazırda ağır vəziyyət yaranıb. Çünki bu, hər birimizə təsir edib. İnsanlar doğmalarını, yaxınlarını, dostlarını itirir. Bundan pis şey ola bilməz. Hətta onlarla normal vidalaşa da bilmirlər. Bu, ədalətli deyil. Futbola gəlincə, bütün həyat kimi, bu idman növü də əvvəl kimi olmayacaq”.


Digər xəbərlər

Xəbər xətti