Ter-Ştegen “Barselona”nın təklifindən imtina etdi

12:34 1 İyun 2020

Almaniyalı qapıçı Mark Andre Ter-Ştegen çıxış etdiyi “Barselona” klubu ilə yeni müqavilənin şərtlərinə dair razılığa gələ bilmir.

 

Sportarena.az xəbər verir ki, bu barədə məşhur italiyalı jurnalist Nikola Skira “Twitter” hesabında məlumat verib.Jurnalist yazır ki, Kataloniya klubunun rəhbərliyi Ter-Ştegenə illik 6,3 milyon avro təklif edir. Amma bununla razılaşmayan 28 yaşlı qapıçı 10 milyon avro tələb edir.

 

Növbəti həftə tərəflər arasında yeni danışıqların aparılacağı gözlənilir.

 

Qeyd edək ki, Ter-Ştegenin “Barselona” klubu ilə 2022-ci ilə qədər müqaviləsi var. 


Digər xəbərlər

Xəbər xətti