Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

08:54 2 İyun 2020

Azərbaycan Premyer Liqasında çıxış edən klublar oyun ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsi qərar verib.Qərara əsasən, Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq matç ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.


Digər xəbərlər

Xəbər xətti