“Neftçi”də yeni müqavilə

09:37 2 İyun 2020

"Neftçi" kapitanı Emin Mahmudovla müqavilənin müddətini artırıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 28 yaşlı yarımmüdafiəçi daha 3 il "ağ-qara” formanı geyinəcək.Paytaxt təmsilçisi daha əvvəl digər futbolçusu Anton Krivotsyukla yeni sözləşmə imzalayıb.

 

Qeyd edək ki, Emin Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti