"Qəbələ" çempion oldu, avrokuboka vəsiqə qazandı

Sportarena.az      2 İyun 2020 , 10:24

“Qəbələ”nin U-19 komandası AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi elan olunub.

 

Sportarena.az xəbər verir ki, keçirdiyi 15 oyunda 33 xal toplamaqla yarışın lideri olan “qırmızı-qaralar” koronavirus pandemiyası üzündən dayandırılan və bərpa edilmədən başa çatdırılan mövsümün çempionu olub. Bununla da “Qəbələ” UEFA-nın 19 yaşadək futbolçular arasında keçirdiyi avrokubok turnirinə - Gənclər Liqasına vəsiqə qazanıb.

 

Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib. Xüsusi karantin rejimi nəzərə alınaraq, AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən telefon zəngi vasitəsilə Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib. Aparılmış geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərar qəbul olunub:

 

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə əsasən qalib elan olunsun.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin