“Real” ev oyunlarını 6 minlik stadionda keçirəcək

10:44 3 İyun 2020

İspaniyanın “Real” klubu La Liqada mövsümün qalan ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməyəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun prezidenti Florentino Peres “goal.com”a açıqlamasında deyib. O, yenidənqurma işləriylə əlaqədər ev oyunlarını “Santyaqo Bernabeu”da deyil, “Alfredo Di Stefano” stadionunda keçirəcəklərini bildirib.

 

“Kral klubu”nun B komandası olan “Kastilya” da ev oyunlarını bu stadionda keçirir. “Alfredo Di Stefano” stadionunun tutumu 6 min nəfərlikdir.

 

Koronavirusa görə dayandırılan La Liqa iyunun 11-də bərpa olunacaq.


Digər xəbərlər

Xəbər xətti