“Formula 1” üzrə dünya çempionatının təqvimi açıqlandı: Azərbaycanın adı yoxdur

11:15 3 İyun 2020

“Formula 1” üzrə dünya çempionatının cari mövsüm üçün cədvəli açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-Prisinin adı siyahıda yoxdur.Avstriya və Böyük Britaniyada iki yarış keçiriləcək. Azarkeşsiz baş tutacaq rəsmi təsdiqlənmiş səkkiz yarış bunlardır:

 

Avstriya Qran-Priləri (3-5, 10-12 iyul), Macarıstan Qran-Prisi (17-19 iyul), Böyük Britaniya Qran-Priləri (31 iyul-2 avqust, 7-9 avqust), İspaniya Qran-Prisi (14-16 avqust), Belçika Qran-Prisi (28-30 avqust), İtaliya Qran-Prisi (4-6 sentyabr).Qalan yarışların cədvəli daha sonra açıqlanacaq.

 

Qeyd edək ki, Azərbaycan Qran-Prisinin sentyabrın sonlarında keçiriləcəyi ehtimal edilir. Lakin Bakı Şəhər Halqası yarışı azarkeşsiz təşkil etmək istəmir. Bu səbəbdən də bu il Bakıda yarış keçirilməyə bilər. (oxu.az)


Xəbər xətti