İtaliya A Seriyasının formatı dəyişdirilə bilər

11:52 3 İyun 2020

İtaliya A Seriyasının 2020-2021 mövsümü yeni formatda keçirilə bilər.

 

Sportarena.az xəbər verir ki, yeni mövsümün planlaşdırıldığı tarixdə - sentyabrın 12-də startı baş tutmasa, çempionatın iki diviziona bölünməsi ehtimalı yarana bilər. Belə olan halda, qalib pley-off mərhələsi sonunda müəyyənləşəcək.

 

Koronavirus pandemiyası səbəbindən A Seriyasına fasilə verilmişdi. Çempionatın 20 iyunda "Torino" - "Parma" matçı ilə bərpa ediləcəyi gözlənilir.


Xəbər xətti