UEFA Corc Floydun ölümünə reaksiya verdi - FOTO

Sportarena.az      3 İyun 2020 , 13:21

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində həlak olmasına reaksiya verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Report” UEFA-nın “Twitter”dəki səhifəsinə istinadən xəbər verir.

 

“İrqçiliyə yox de. Biz birlikdə güclüyük”, - deyə UEFA-nın “Twitter”dəki müraciətində qeyd edilib. Təşkilatın müraciətinə qara kvadrat da əlavə edilib.

 

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

 

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

 

Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin