“Barselona”nın beş futbolçusu koronavirusdan sağalıb

13:36 3 İyun 2020

Futbol üzrə İspaniya çempionatında pandemiya səbəbindən elan olunmuş fasilə dövründə “Barselona” klubunun beş oyunçusu və iki məşqçisi koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubunun üzvləri COVID-19 xəstəliyini simptomsuz keçiriblər və hazırda tamamilə sağlamdırlar.Klub rəsmilərinin yaydığı məlumatda qeyd olunur ki, “Barselona”da aparılan COVID-19 testinin nəticələrinə əsasən, futbolçular və texniki heyətdə təmsil olunan şəxslər arasında virusa yoluxma halı aşkar edilməyib.

 

Xatırladaq ki, İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.


Digər xəbərlər

Xəbər xətti