Mənsimovlardan "Xəzər Lənkəran"la bağlı YENİ QƏRAR

Sportarena.az      3 İyun 2020 , 17:00

"Xəzər Lənkəran" rəhbərliyi klubun fəaliyyətini tam dayandırmağı planlaşdırır.

 

Sportarena.az "Sportinfo”ya istinadən xəbər verir ki, bu barədə göstəriş İstanbuldan – "Palmali"nin baş ofisindən gəlib.Bu qərarın verilməsi "ağ-yaşıllar”ın fəxri prezidenti Mübariz Mənsimovun 2 aya yaxındı həbsdə olmasıyla bağlıdı.

 

Mənsimovlar futbolla əlsaqələrini qeyri-müəyyən müddətədək dondurmaq niyyətindədi. Bunun nə qədər davam etməsi klubun sahibinin nə vaxt azadlığa çıxacağından və AFFA rəhbərliyində dəyişikliyin nə vaxt gerçəkləşəcəyindən asılıdı.

 

"Xəzər Lənkəran"ın əsas komandası 2016-cı ildə fəaliyyətini dayandırsa da, akademiyanın 3 yaş qrupu ölkə çempionatında çıxışlarını davam etdirib. Amma ötən müddətdə də AFFA ilə ixtilaflar bitməyib.

 

XL rəsmiləri dəfələrlə federasiyanın onlara biganə münasibətindən şikayətlənib, ayrı-seçkiliyi qabardıb. Xüsusilə, 17 yaşadək futbolçulardan ibarət komandayla bağlı narazılıqlar ciddi hal alıb. U-17-nin məşqçi və futbolçuları dəfələrlə AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin