"Neftçi"də daha bir müqavilə

17:16 3 İyun 2020

"Neftçi” PFK daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, qapıçı Kamran İbrahimovla anlaşma daha 2 illiyə artırılıb. 20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.

 

Bundan əvvəl paytaxt təmsilçisi Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov da yeni anlaşmaya imza atmışdı.


Digər xəbərlər

Xəbər xətti