"Ayazın komandaya qayıtmasını planlaşdırmırıq" - "Spartak"ın baş məşqçisi

Sportarena.az      16 İyun 2020 , 18:03

"Spartak"ın baş məşqçisi Domeniko Tedesko əvəzedici heyətə göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyev barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis 23 yaşlı yarımmüdafiəçinin əsas komandaya qayıtmasının gündəmdə olmadığını deyib:

 

"Ayazla problemimiz oldu və o, hazırda əsas komandada deyil. Klub daxilində baş verənlər komandada qalmalıdır. Bunu ictimaiyyətə açıqlamırıq. Ayazın komandaya qayıtmasını planlaşdırmırıq. Ancaq hər şey mümkündür və qapılar hər zaman açıqdır. Bu, bizim üçün problem deyil, amma təkrar edirəm, hazırda onu geri qaytarmaq planları yoxdur".

 

Ayaz Quliyev nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin