Pedro Enrike "Qarabağ"a qayıda bilər - ÖZÜ AÇIQLADI

17:05 22 İyun 2020

Hazırda "Kayserispor”da çıxış edən braziliyalı futbolçu Pedro Enrike "Qarabağ”a qayıtmağının mümkünlüyünü bildirib.

 

Sportarena.az xəbər verir ki, cənubi amerikalı bunu azerisport.com-a deyib:

 

"Mən həmişə "Qarabağ” üçün açığam, ora qayıtmağa hazıram. Mənim üçün də xeyli xoş olar ki, yenidən "Qarabağ”da oynayım. Qurban Qurbanovla və digər futbolçularla əla münasibətim var. Belə bir fürsətim olsa, onu mütləq dəyərləndirəcəm. Hər şey ola bilər”. 

 

"Roma” ilə Bakıdakı oyunda fərqlənən Pedro "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidi.


Xəbər xətti