Mübariz Mənsimov iyunun sonuna qədər azadlığa çıxacaq - ASTROLOQDAN İDDİA

13:04 23 İyun 2020

Böyük inamla deyirəm ki, iyuldan etibarən Mübariz Mənsimov iş başında olacaq.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli 9 may tarixində hazırda Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovun iyunda azadlığa çıxacağı ilə bağlı verdiyi proqnozun özünü doğrultmadığı haqda iddialardan danışarkən deyib.

 

S.Rəhimli bir daha iş adamının iyunun sonuna qədər azadlığa çıxacağında israr edib:

 

"Hələ iyun ayı başa çatmayıb, 8 gün qalıb. Mən Mübariz Mənsimovun iyunun sonuna qədər azadlığa çıxacağını bildirmişəm. İyul ayından isə artıq o, işinin başında olacaq. Bu, mənim proqnozumdur. Mən xəritəyə görə belə proqnoz vermişəm. Fikrimdə qalıram”.

 

Qeyd edək ki, astroloq Səbuhi Rəhimli rəsmi Yutub kanalından yayımladığı "Gecə söhbətləri” buraxılışında azərbaycanlı iş adamı Mübariz Mənsimovun may-iyun ayları ərzində həbsdən azad ediləcəyini və iyul ayından işinin başında olacağını demişdi.

 

Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun cinayət işi artıq yekunlaşıb və məhkəməyə göndərilib. Ancaq hələlik məhkəmənin günü təyin edilməyib. 8 gün müddətində məhkəmənin müəyyənləşəcəyi və prosesin tamamlanacağı, üstəlik M.Mənsimovun azad ediləcəyi mümkünsüz olduğundan, sosial şəbəkələrdə S.Rəhimlinin proqnozunun özünü doğrultmadığı bildirilib.


Digər xəbərlər

Xəbər xətti