“Qarabağ” sürətlə böyüyür” - Vaqner da Silva

Sportarena.az      24 İyun 2020 , 13:05

“Qarabağ”dan ayrılan braziliyalı qapıçı Vaqner da Silva lance.com.br saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasında mövsümün erkən başa çatdırılmasından danışıb:

 

“Çox çətin vəziyyətdir, amma hökumət pandemiya ilə mübarizə üçün zəruri tədbirlər görür. Bu, təkcə Azərbaycanda deyil, hamı bu anı yaşayır. Virusla ən yaxşı şəkildə mübarizə aparmalıyıq. Ölkədə yeni karantin rejiminin tətbiqindən öncə məşqləri bərba etdik və futbola qayıtmaq üçün hazırlaşmağa başladıq. Klub bütün futbolçuları, əməkdaşlarını testdən keçirdi və yoluxma halı aşkarlanmadı. Amma yeni karantin rejiminin elan olunması planları dəyişdi. Komanda üzvləri arasında yoluxma halı aşkarlanmasa da, klub rəhbərliyi hökumətin tətbiq etdiyi qadağalara əməl olunması üçün bütün lazımı təhlükəsizlik tədbirlərini görmüşdü. Biz yenidən futbol oynamaq istəyirdik. Amma bu halda futbolun bərpasına ümid az idi”.

 

34 yaşlı qapıçı "Qarabağ"ın Azərbaycanı dünyaya tanıtdığını söyləyib:

 

“Qarabağ” sürətlə böyüyür, daim avrokuboklarda iştirak edir. Bu isə Azərbaycan kimi kiçik ölkənin ölçülərini böyüdür. Avropa yarışlarında oynamaq hər zaman komandanı daha yüksək səviyyəyə qaldırır. Bu il əsas hədəf əvvəlcə birinci təsnifat mərhələsini adlamaqdır”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin