Türkiyə çempionatı: "Beşiktaş" 3 cavabsız qolla qələbə qazandı

12:11 27 İyun 2020

Türkiyə Superliqasında 28-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. "Beşiktaş" doğma meydanda "Konyaspor"u qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 50-yə yüksəldən İstanbul klubu 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 59 xalla "Başakşəhər" başçılıq edir. "Trabzonspor" 57 xalla 2-ci, "Sivasspor" 53 xalla 3-cü, "Qalatasaray" 51 xalla 4-cüdür.

 

"Beşiktaş" - "Konyaspor"- 3:0
Qollar: Burak Yılmaz, 40, Diabi, 45, Lens, 52


Digər xəbərlər

Xəbər xətti