"Borussiya" öz meydanında məğlub oldu - VİDEO

21:20 27 İyun 2020

Almaniya Bundesliqasında mövsümün son - 34-cü turunun matçları keçirilib.

 

Sportarena.az xəbər verir ki, "Hoffenhaym" səfərdə Dortmund "Borussiya"sı 4:0 hesabı ilə məğlub edib.Matçda poker edən xorvat hücumçu Bundesliqada bir qarşılaşmada dörd qol vuran ilk "Hoffenhaym"lı oyunçu olub.

 

Bundesliqada mövsümü 82 xal toplayan "Bayern" çempion tamamlayıb. Dortmund "Borussiya"sı 69 xalla 2-ci, "Leyptsiq" 66 xalla 2-ci, Mönhenqladbax "Borussiya"sı 65 xalla 4-cü olublar. "Hoffenhaym" mövsümü 52 xalla 6-cı pillədə tamamlayıb.

 

"Borussiya" - "Hoffenhaym" - 0:4

Qollar: Andrey Kramariç, 8, 30, 48, 50 (pen.)

 

 


Digər xəbərlər

Xəbər xətti