"Zirə" 3 futbolçusu ilə yollarını ayırdı

16:24 29 İyun 2020

"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, müqaviləsi başa çatan bir yerli və iki legioner futbolçu komandadan ayrılıb.Belə ki, yerli qapıçı Orxan Sadıqlı, müdafiəçilər - perulu Alvaro Ampuero və rumın Adrian Skarlatake yola salınıb.

 

Qeyd edək ki, "Zirə" bundan əvvəl Anastasios Papazoğlu, Miloş Bakraç və Yovan Krneta ilə yollarını ayırıb.


Xəbər xətti