“Barselona”nın düşərgəsində ab-hava gərgindir.
Sportarena.az xəbər verir ki, futbolçularla baş məşqçi Kike Setyen arasında “Selta” ilə oyundan (2:2) sonra paltardəyişmə otağında gərginlik yaşanıb.Oyunçular çalışdırıcıya narazılıqlarını bildiriblər.
Onlar Setyenin taktiki dəyişikliklərindən, iş metodundan narazı olduqlarını açıq şəkildə deyiblər. Oyunçular vurğulayıblar ki, iş sistemində dəyişiklik olmasa, uğur qazanmaq mümkünsüz olacaq.