“Yuventus”dan 82 milyonluq transfer

Sportarena.az      29 İyun 2020 , 22:34

İspaniyanın “Barselona” klubunun futbolçusu Artur Melonun İtaliya çempionu “Yuventus”a transferi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.İtaliya klubu braziliyalı yarımmüdafiəçidən ötrü qarşı tərəfə 72 milyon avro ödəyib. “Barselona” müxtəlif bonuslar nəzərə alınmaqla daha 10 milyon avro gəlir əldə etmək şansına malikdi.

 

23 yaşlı oyunçu 2019/20 mövsümünü “Barsa”da başa vurduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq. “Yuventus”un onunla 5 illik müqavilə bağlayacağı gözlənilir.

 

Qeyd edək ki, Artur “Barselona”ya 2018-ci ilin yayında “Qremio”dan keçib. O, Kataloniya komandasının heyətində 72 oyunda 4 qol vurub. “Sambaçı” “Barsa” ilə 2019-cu ildə İspaniya çempionu və Superkubokun qalibi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin