O da “Yuventus”dan “Barselona”ya transfer olundu

Sportarena.az      30 İyun 2020 , 04:00

İspaniya nəhəngi “Barselona” İtaliya çempionu “Yuventus”un futbolçusu Miralem Pyaniçi transfer edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.La Liqa təmsilçisinin bu transfer üçün 60 milyon avro ödəyəcəyi bildirilib. “Yuventus” bonuslar da nəzərə alınmaqla daha 5 milyon avro gəlir əldə etmək şansına malikdir. 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq. “Barselona” ona 400 milyon avro qiymət qoyub.

 

Qeyd edək ki, “Barselona”nın futbolçusu Artur da bu gün “Yuventus”a transfer olunub. “Yuventus” ona görə 72 milyon avro ödəyəcək. “Barselona” daha 10 milyon avro da bonuslardan gəlir gözləyir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin