"Zirə Peşəkar Futbol Klubu"nun xalis mənfəəti 34% artıb

Sportarena.az      30 İyun 2020 , 11:05

"Zirə Peşəkar Futbol Klubu" MMC 2019-cu ili 57 min manat xalis mənfəətlə başa vurub.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə təxminən 34% çoxdur.Ötən il "Zirə Peşəkar Futbol Klubu"nun əməliyyat gəlirləri 4 milyon manatdan çox (əvvəlki ilə nisbətən təxminən 15% çox), əməliyyat xərcləri 4 milyon manata yaxın (yenə də təxminən 15% çox), fövqəladə xərcləri 5 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmləri isə 14 min manat (təxminən 34% çox) təşkil edib.

 

Bu il yanvarın 1-nə "Zirə Peşəkar Futbol Klubu"nun aktivləri 193 min manat olub ki, bu da illik müqayisədə təxminən 74% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri 7% artaraq 308 min manata çatıb, balans kapitalındalı çatışmazlıq isə 35% azalaraq 115 min manata düşüb.

 

Xatırladaq ki, "Zirə Peşəkar Futbol Klubu" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin