“Zirə” baş məşqçisini istefaya göndərdi

Sportarena.az      1 İyul 2020 , 08:10

“Zirə” baş məşqçisi Zaur Həmişovla yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.Klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib. Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.

 
"Zirə" PFK Zaur Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.Qeyd edək ki, "Zirə" Z.Həşimovun rəhbərliyi altında koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Azərbaycan Premyer Liqasını 23 xalla 5-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.
 

Xatırladaq ki, Z.Həşimov 2019-cu ilin oktyabrında Bakı təmsilçisinə baş məşqçi təyin edilmişdi. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin