Məşhur futbolçu “Valensiya”dan ayrıldı

14:11 1 İyul 2020

İspaniyanın “Valensiya” klubunun müdafiəçisi Esekyel Qaray La Liqa təmsilçisindən ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə argentinalı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.33 yaşlı oyunçu 2016-cı ildən şərəfini qoruduğu klubun azarkeşləri, eləcə də komanda yoldaşları ilə vidalaşıb.

 

Argentina yığmasının sabiq üzvü karyerası ərzində “Nyuells Old Boyz”, “Rasinq”, “Real”, “Benfika” və “Zenit”də də forma geyinib.


Digər xəbərlər

Xəbər xətti